BMT Baş Assambleyası Ukraynada dərhal atəşkəsə çağırıb

BMT Baş Assambleyası Rusiyanın Ukraynadakı humanitar böhrana
görə məsuliyyət daşıdığını qeyd edən, təcili atəşkəs və ehtiyacı
olanlara humanitar yardımın göstərilməsini tələb edən qətnaməni
dəstəkləyib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 140
ölkənin nümayəndəsi qətnamənin lehinə, 5 ölkənin nümayəndəsi
əleyhinə səs verib, 38 ölkənin nümayəndəsi isə səsvermə hüququndan
istifadə etməyib.

Bildirilir ki, qətnamənin əleyhinə Rusiya, Belarus, KXDR,
Eritreya və Suriya səs veriblər.

Səsvermə hüququndan istifadə etməyən ölkələr arasında Çin, Kuba,
Ermənistan, Hindistan, İran, Qazaxıstan, Pakistan, Qırğızıstan,
Tacikistan və digər ölkələr var.