“Abbott” “meymun çiçəyi” xəstələyinin müyyən edilməsi üçün testlər hazırlayır

ABŞ-ın əczaçılıq şirkəti “Abbott Laboratories” “meymun çiçəyi”
xəstəliyinin müəyyən edilməsinə kömək edə biləcək tibbi testləri
hazırlayır.

Trend xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, şirkət ictimai səhiyyə və elm sahələrindəki
tərəfdaşlarına test dəstləri təqdim edəcək. “Vəziyyət inkişaf
etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər
görəcəyik”.