Britaniyadan olan kişilər qrupu akrobatika gimnastikası üzrə dünya çempionatında birinci yeri tutub

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya
çempionatında templi hərəkətlər proqramında Böyük Britaniyadan olan
kişilər qrupu 28,690 xalla birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, ikinci yeri İsraildən olan kişilərdən
ibarət qrup (27.900 xal), üçüncü yeri Belçikanı təmsil edən qrup
(27.890 xal) tutub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: