Akrobatika gimnastikası üzrə qarışıq cütlüklər, qadınlar və kişilər qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika gimnastikası
üzrə qadın və kişi qrupları arasında temp hərəkətləri proqramı
üzrə, həmçinin balans hərəkətləri proqramında qarışıq cütlüklər
arasında 28-ci dünya çempionatının qalib və mükafatçılarının
mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın
məlumatına görə, temp hərəkətləri proqramında qadın qrupları
arasında fəxri kürsünün birinci pilləsində Belçika idmançıları
qərarlaşıb, ikinci yeri Portuqaliya üçlüyü, üçüncü yeri isə İsraili
təmsil edən qadınlar tutub.

Balans hərəkətləri proqramında qarışıq cütlüklər arasında
Belçika idmançıları Bram Röttqer və Helena Heyens qızıl, Nataşa
Hatçinson və Dylan Hauells (Böyük Britaniya) dueti gümüş, Daniel
Blintsov və Pia Schutze (Almaniya) bürünc medallara sahib
olublar.

Temp hərəkətləri proqramında kişi qrupları arasında Böyük
Britaniyanı təmsil edən qrup birinci, İsrail idmançıları ikinci,
Belçikanı təmsil edən qrup üçüncü yerdədir.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi
qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş
hərəkətləri təqdim edirlər.

Teqlər: