Mingəçevir Dövlət Universitetində tələbələr arasında minifutbol üzrə turnir keçirilib

2022-ci ilin 7 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) İdman və sağlamlıq kompleksinin təşkilatçılığı ilə Bədən
Tərbiyəsi və İdman Gününə həsr edilmiş tələbələr arasında
minifutbol üzrə universitetdaxili turnir keçirilib.

Universitetdən AzerTimes-a bildirilib ki, turnirdə MDU-nun Təhsil,
İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət altı
komanda mübarizə aparıb. İqtisadiyyat və idarəetmə fakültəsinin İ19
komandası qrup, yarım final və final mərhələlərini uğurla başa
vuraraq turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq
Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və
İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət
mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli
təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq
idman yarışlarının keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: