Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib

Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini
ləğv edib.

Trend xəbər
verir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi “Twitter”
səhifəsində bildirib.

Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan
istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı
olaraq fərqlənir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin
Koca ölkədə xəstəxanalar istisna olmaqla, tibbi maska ​​taxmaq
tələbini aradan qaldırıldığını bəyan etmişdir.