Britaniyada koronavirusa 36 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 36 572 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 392 160 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 113 nəfər, hazırkı dövrədək isə 131 373 nəfər vəfat edib.