“Taliban” Kabildə komendant saatı tətbiq edib

“Taliban” hərəkatı Əfqanıstanın paytaxtı Kabildə komendant saatı tətbiq edib.

Trend xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.

Məlumata əsasən, saat 21:00-dan sonra sakinlərə küçəyə çıxmağa icazə verilmir. Sakinlər yalnız istisna hallarda evdən çıxa bilərlər.

Bildirilir ki, komendant saatının tətbiq edilməsi barədə şəhərin bütün məscidlərində elan verilib.