Britaniyada koronavirusa 32 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 058 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 460 930 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 104 nəfər, hazırkı dövrədək isə 131 591 nəfər vəfat edib.

Teqlər: