Hindistan vətəndaşlarını Kabuldan təxliyə etmək üçün gündə iki reys edə biləcək

Hindistan Əfqanıstanda qalan vətəndaşlarını təxliyə etmək üçün Kabul hava limanından gündə iki uçuş həyata keçirməyə icazə alıb.

Trend “TASS”a istinadən xəbər verir ki, icazə Kabul hava limanına nəzarət edən ABŞ və NATO qüvvələri tərəfindən verilib.


Məlumata əsasən, 300-dən çox Hindistan vətəndaşı hazırda Talibanın nəzarətində olan Kabuldan çıxarılmasını gözləyir. Evakuasiya olunanların Tacikistan və Qətər üzərindən hava yolu ilə çıxarılacağı ehtimal edilir.

Teqlər: