Bayden administrasiyası ilə Əfqanıstan üzrə müzakirələr keçirib

ABŞ Prezidenti Co Bayden administrasiyasının əsas səlahiyyətliləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və İŞİD ilə əlaqədar tədbirlər də daxil olmaqla terrorla mübarizə əməliyyatları müzakirə edildi”, – sənəddə deyilir.


Məsləhətləşmələrdə ABŞ-ın vitse-prezidenti Kamala Harris, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, Silahlı qüvvələrin baş qərargah rəisi general Mark Milli, MKA direktoru Villiam Berns, Milli kəşfiyyat direktoru Avril Heynes və Milli təhlükəsizlik üzrə prezidentin köməkçisi Ceyk Sallivan və digər səlahiyyətlilər iştirak ediblər.