ABŞ dövlət katibinin birinci müavini koronavirusa yoluxub

ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman koronavirusa
yoluxub.

Trend xəbər verir ki, bu barədə U.Şerman özünün “Twitter”
səhifəsində yazıb.

“Həftə sonu koronavirus üzrə testim müsbət çıxdı. Simptomlarım
yüngüldür, evdən işləyəcəm”, – deyə U.Şeman bildirib.