“Brent” markalı neftin qiyməti 98 dollardan aşağı düşüb

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında martın 17-dən bəri ilk dəfə bir barel üçün 98
dollardan aşağı düşüb.

Trend-in
məlumatına görə, bu gün ərzində “Brent” neftinin qiyməti 97,73
dollaradək azalıb.

Hazırda “Brent” markalı neftin iyun fyuçersləri birjalarda 98,3
dollar ətrafında alınıb-satılır.

Ötən həftə ilə müqayisədə nefti qiyməti 4 faizdən çox
azalıb.

Teqlər: