Azərbaycan və Türkiyənin “TEKNOFEST”də iştirak etməsi öz sahəsində bir ilk olub – Ömər Çelik

Azərbaycan və Türkiyənin gələcəyə imza atacaq tədbirdə iştirak
etməsi öz sahəsində bir ilk olub.

Trend-in məlumatına
görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının
(AKP) sözçüsü Ömər Çelik deyib.

“Bakıda keçirilən “TEKNOFEST” festivalında gənclərin iştirakı
onların nə istehsal edə biləcəyi nümayış etdirmək baxımından
əhəmiyyətlidir. “Nobel” mükafatlı alimimiz Əziz Sancarın
açıqlamaları son dərəcə dəyərlidir. Hər iki olkənin gələcəyə imza
atacaq tədbirdə iştirak etməsi öz sahəsində bir ilk olub”, – deyə
Ö.Çelik qeyd edib.