Braziliyada polisin keçirdiyi əməliyyat nəticəsində 21 nəfər ölüb

Braziliya polisinin Rio-de-Janeyroda keçirdiyi reyd zamanı azı
21 nəfər ölüb.

Trend xəbər
verir ki, bu barədə yerli “Globo” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, ştatın hərbi polisinin xüsusi təyinatlıları ilə
Federal polisin meqapolisin şimalındakı favelalardakı birgə
əməliyyat fəaliyyətləri çərşənbə axşamı səhər tezdən başlayıb və
hələ də davam edir. Məqsəd ölkənin ən böyük mütəşəkkil cinayət
qruplarından biri olan “Komando Vermlyo”nun yerli liderlərini ələ
keçirməkdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə,
mütəşəkkil cinayətkar dəstənin liderlərinin gizləndiyi əraziyə
basqın nəticəsində quldur dəstəsinin üzvü olduğu ehtimal edilən 12
nəfər məhv edilib. Daha səkkiz nəfərin şəxsiyyəti hələ müəyyən
edilməyib.

Yerli KİV-in məlumatına görə, 41 yaşlı yerli sakin də xüsusi
əməliyyatın təsadüfi qurbanı olub, daha 5 nəfər yaralanıb.