bp bərpa olunan enerji sahəsində yeni layihələrlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır

bp şirkəti azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində
reallaşdırılacaq yeni layihələrlə bağlı Azərbaycan hökuməti ilə
danışıqlar aparır.

Trend-in
məlumatına görə, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli “Azərbaycan üçün vacib əhəmiyyət daşıyan
yekunların nəzərdən keçirilməsi” mövzusunda panel müzakirələri
zamanı deyib.

“Bərpa olunan enerji sektoru gələcəyin biznesidir. Biz
Azərbaycan hökuməti ilə yeni mümkün layihələri müzakirə edirik. Bu,
öz növbəsində, daba bir problemi aktuallaşdırır, belə ki, bizə bu
sahədə mütəxəssislər lazımdır”, – deyə o bildirib.

bp-nin ümumi strategiyasından danışarkən, vitse-prezident qeyd
edib ki, şirkət 2050-ci ilədək karbon qazı tullantılarını sıfır
həddinə çatmağı planlaşdırır.

“Eyni zamanda biz yaxın illərdə daha da dərinləşəcək qlobal
ekoloji problemləri həll etməliyik. Bununla belə biz
tərəfdaşlarımızın, maraqlı tərəflərin və səhmdarların tələblərini
qarşılamaq üçün daha çox innovasiya və texnologiyalar tətbiq
edəcəyik”, – B.Aslanbəyli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: