Avropa Komissiyası Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiyaları açıqlayıb

Avropa Komissiyası Aİ ölkələrinə Rusiyaya qarşı tətbiq olunan
sanksiyalar çərçivəsində mərhələli şəkidə Rusiya neftinin
idxalından imtinanı təklif edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının
rəhbəri Ursula fon der Lyayen öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, sanksiyaların altıncı paketinə neft
idxalından mərhələli şəkildə imtina ilə yanaşı, daha üç Rusiya
bankının, o cümlədən “Sberbank”ın SWIFT sistemindən ayrılması,
Rusiyanın üç dövlət telekanalının Aİ ərazisində yayımının
dayandırılması daxildir.

Yeni sanksiyalarla bağlı qərarın bu həftənin sonunadək qəbul
olunması gözlənilir.