“Böyük qaydış” prosesinə start verildi – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan
rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci
mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu layihə üzrə
təməlqoyma mərasimi 2021-ci ilin aprelin 26-da keçirilmişdi.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı
özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan
etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və
kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” ,
“Ağıllı şəhər” konsepsiyaları asasında bərpa olunacaq.

Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm
məsələlərə münasibət bildirmişdir. İlk növbədə qarşıdan gələn
Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edın
cənab Prezident bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində bu
tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin
yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi
müstəqilliyimizin möhkəmləndirilməsindən aslı idi. Bu gün hər bir
Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın
dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt
yaşaması üçün əsas amildir.

Cənab Prezidentin çıxışında bildirilmişdir ki, Rus imperiyasının
dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl
müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi,
süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət
göstərmişdir. Qeyd olunmuşdur ki, dövlət müstəqiliyimiz elan
olduqdan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz
olan İrəvanı Ermənistana təhvil verdi. XX əsrin əvvələrində və
sonrakı dövrlərdə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənə
bilməmişdi. Ona görə xalqımız böyük faciələrlə qarşılaşmışdı. Həm
Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtki hakimiyyət
torpaqlarımızı qoruya bilmədi.

1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir
əsas olmadan Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzur
Azərbaycandan ayrılıdı və Ermənistana birləşdirildi. Bu Azərbaycan
xalqına qarşı növbəti düçmənçilk və ədalətsizlik idi. Müasir
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da, vəziyyət çox
dəyşmədi. 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan
Azərbaycan qarşı təcavüzkar siyasətindən əl çəkmədi, müstəqillik
elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı
Xocalı soyqırımını törətmişdir. Bundan sonra Ermənistan bu
işğalçılıq siyasətini davam etdirmiş Qarabağı və ətraf rayonları
işğal etmişdir.

Ancaq 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə
müraciət edib onu hakimiyyətə dəvət etdikdən sonra Azərbaycanın
müstəqillik həyatı başlamışdır. Ulu Öndərin layiqli davamçısı cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli
düşünülmüş, balanslaşdırılmış siyasət imkan verdi ki, Azərbaycan
həm siyasi , həm də iqtisadi müstəqilliyini möhkəmləndirsin və
qarşıya qoyulmuş bütün vəzifələri, o cümlədən ən əsas vəzifəni,
işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsini
reallaşdırsın. 44 günlük Vətən müharibəsi həm xalqımızın
gücünügöstərdi, həm də mənəvi keyfiyyətini göstərdi. Azərbayca
Ermənistandan fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik
təmizləmə aparmadı, kənd və şəhərləri yerlə-yeksan etmədi.

Cənab Prezident İlham Əliyev çıxışında vurğulaməşdır ki, “Ağıllı
kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi ilə “Böyük
Qaydış” prosesinə start verilmişdir. Ağalı kəndində icra olunan
birinci pilot layihə üzrə 200 evdən ibarət “Ağıllı kənd”
salınmışdır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa
edilməsi nəzərdə tutulur. Həyata keçirilən layihədə yüksək
səviyyədə yaşayış üçün lazım olan bütün şərait- məşğulluq, məktəb,
baxça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, QOST”, kiçik və
orta biznesə dəsdək xidmətləri nəzərdə tutulmuşdur.

Qeyd olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərdə icra olunan
infrastruktur layihələri dayanmadan genişlənir. Dəmir yolları,
avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il
istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, bu il ilk
məhsul götürüləcək. Görülən işlərin miqyası çox böyükdür. Müqayisə
üçün demək lazımdır ki, azad edilmiş ərazilərin sahəsi dörd
Lüksenburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin
birinci mərhələsinin açılış mərasiminin keçirilməsi göstərir ki,
artıq “Böyük Qaydış” prosesinə start verildi və cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə
sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri
nəticəsində “Böyük Qaydış” Proqramı uğurla həyata keçiriləcək,
vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız öz ata-baba
yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Teqlər: