Zaqatalada atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirilib

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla
çirkləndirilməsinin qarşısının alınması, eləcə də yol hərəkəti
qaydalarını kobud şəkildə pozan sürücülərin müəyyən edilməsi
məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu
küçə və prospektlərdə nəzarət-profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə,keçirilən tədbirlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi
saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların
miqdarı yoxlanılıb və bəzilərinin atmosferə normadan artıq tullantı
ixrac etdiyi müəyyən olunub.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki,
istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə
onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin
normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol
verməlidirlər.

Həmçinin, digər yol hərəkəti qaydalarını pozan şəxslər də yol
polisi tərəfindən müəyyən olunub və ümumilikdə 20 sürücü barəsində
inzibati protokol tərtib edilib.

Teqlər: