Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi münasibətlərin inkişafını yeni səviyyəyə çıxarır – Səfir

Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci ildə imzalanmış
müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamə tərəfləri
münasibətlərin inkişafının yeni səviyyəsinə çıxarır.

Trend-in
məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sənəd Rusiya və Azərbaycan rəhbərlərinin
görüşünün başlıca aspekti olub.

“Bu bəyannamənin müddəaları beynəlxalq hüquqa uyğun olaraq
əməkdaşlığımızın təməlini qoyur”, – səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: