Botanika İnstitutunun iki əməkdaşı vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika
İnstitutunun iki əməkdaşı vəfat edib.

Botanika İnstitutundan AzerTimes-a verilən xəbərə görə AMEA Botanika
İnstitutunun Elmi Şurasının üzvü, görkəmli alim, Azərbaycan
Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru,
professor Siracəddin Sərkərov 88-ci yaşında dünyasını dəyişib.

Daha bir alim, institutun əməkdaşı, biologiya üzrə fəlsəfə
doktoru Ədalət Səmədova isə 91 yaşında vəfat edib

Teqlər: