202 küçə və prospektdə müxtəlif nişanlanma işləri aparılıb (VİDEO)

Bakı şəhərində aparılan təmizlik və abadlıq işlərinə uyğun
olaraq küçə və prospektlərdə üfüqi nişanlanma xətləri
yenilənir.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə,
2022-ci ilin 1-ci rübündə 202 küçə/prospektdə müxtəlif nişanlanma
işləri aparılıb. Görülən işlər sayəsində nişanlanma xətlərindəki
mövcud çatışmazlıqlar aradan qaldırılıb, yol hərəkəti
təkmilləşdirilib, nişanlanma xətlərinin görünürlüyü təmin edilərək
yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsi
artırılıb.

Teqlər: