Bolqarıstanlı gimnast Dünya Kubokunda topla hərəkətdə qızıl medal qazanıb

Bolqarıstan təmsilçisi Boryana Kaleyn Bakıda keçirilən bədii
gimnastika üzrə FIG Dünya Kubokunda topla hərəkətdə qızıl medal
qazanıb.

AzerTimes-ın
məlumatına görə, onun göstərdiyi nəticə 33.050 xal olub.

Gümüş medalı italiyalı idmançı Milena Baldassarri (30,800 xal),
bürünc medalı isə İtaliyanın daha bir təmsilçisi Sofiya Raffaelli
(30,650 xal) qazanıb.

Azərbaycan idmançısı Arzu Cəlilova 30,100 xalla beşinci yeri
tutub.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının “gümüş” medalını
qazanıb.

Teqlər: