Boliviyada avtobus qəzasında azı 5 nəfər həyatını itirib

Boliviyanın şərqində yol qəzası nəticəsində azı 5 nəfər ölüb, 15
nəfər yaralanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Oruro departamentinin yol
təhlükəsizliyi idarəsinin rəhbəri Rikardo Sapata məlumat verib.

“Təəssüf ki, beş nəfər həlak olub. Bundan əlavə, 15 nəfə xəsarət
alıb. Onlar Oruro şəhərindəki xəstəxanalara yerləşdiriliblər”, –
qurumun rəhbəri bildirib.

İlkin məlumata görə, qəzaya səbəb düzgün seçilməyən sürət həddi
olub. Belə ki, sürücünün döngədə idarəetməni itirib, nəticədə
avtobus aşıb.

Hadisə departamentin paytaxtından 20 km məsafədə yerləşən Paria
yaşayış məntəqəsində baş verib.

Teqlər: