Haitidə 8 Türkiyə vətəndaşı qaçırılıb – KİV

Cinayətkar qruplaşma üzvləri Haitinin paytaxtı ətrafında 8
Türkiyə vətəndaşını qaçırıblar.

Trend xəbər
verir ki, bu barədə yerli Haiti24 saytı yazır.

Məlumata görə, Türkiyə vətəndaşları Dominikan Respublikasından
avtobusla Croix de Bouquet kommunası ərazisinə səyahət edirmişlər.
Bu ərazi cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi əsas
ərazilərdəndir.

Qeyd olunur ki, hadisə ilə bağlı artıq rəsmi Ankara
məlumatlandırılıb.

Teqlər: