Çin silahlı qüvvələri Tayvan sularında hərbi təlimlər keçirib

Çin silahlı qüvvələri Tayvan adasının sahillərinin şərq və
cənub-qərbindəki sularda hərbi təlimlər keçirib.

Trend xəbər
verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Bölgəsi
Döyüş Komandanlığı məlumat yayıb.

Onun WeChat sosial şəbəkəsindəki səhifəsində qeyd olunur ki,
manevrlər HDQ və HHQ iştirakı ilə baş tutub. Təlimlərə adi başlıqlı
raketlər cəlb olunub.

“Təlimlərin keçirilməsində məqsəd ümumqoşun əməliyyatlar zamanı
müxtəlif qoşun növlərinin döyüş hazırlığının yoxlanılması və
artırılmasıdır”, – məlumatda deyilir.