ABŞ-da silahlı şəxs ətrafdakılara hücum edib, xeyli sayda yaralı var

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində bıçaqla
silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli
polis departamenti “Twitter” hesabında məlumat verib.

“Polis əməkdaşları yeddi mümkün cinayət törədilən ərazidə
araşdırma aparır. Bıçaqlı hücum nəticəsində 11 nəfər xəsarət alıb.
Onların hamısının vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli
bilinən şəxs tək olub və hazırda nəzarət altındadır”, – məlumatda
bildirilir.

Yerli KRQE News 13 telekanalı xəbər verir ki, şəxs şəhərin
müxtəlif yerlərində ətrafdakı insanlara hücum edib. O, insanlara
xəsarətləri iri bıçaqla velosipedlə hərəkətdə olarkən yetirib.