BMT TŞ-nın Şimali Koreya üzrə yeni qətnaməsi hazırlanır

ABŞ BMT Təhlükəsizlik Şurasında Şimali Koreya ilə bağlı qətnamə
üzərində işi gücləndirib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın
BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Qətnamə raket sınaqlarına görə Pxenyana qarşı daha sərt
sanksiyaları nəzərdə tutur. Nümayəndənin sözlərinə görə, son
vaxtlar Şimali Koreya hakimiyyəti BMT Təhlükəsizlik Şurasının
əvvəllər qəbul etdiyi qətnamələri dəfələrlə pozub.

“Ümid edirik ki, KXDR-in hərəkətlərini pisləməkdə Şuranın
birliyinə nail ola bilərik” dedi.

Qeyd edək ki, ABŞ may ayı ərzində BMT Təhlükəsizlik Şurasına
sədrlik edəcək.

Teqlər: