Rusiya Afrikada qaz kəmərini maliyyələşdirmək niyyətindədir

Rusiya Mərakeşlə birgə qaz kəmərinin tikintisini
maliyyələşdirmək niyyətindədir.

Trend “Reuters”
agentliyinə istinadla xəbır verir ki, bu barədə Niqeriyanın
energetika naziri Çif Timpire Silva bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndələri ötən həftə nazirin
ofisində olublar.

“Onlar bu layihəyə sərmayə qoymağa çox həvəslidirlər və layihəyə
sərmayə qoymaq istəyən bir çox başqa insanlar da var. Qaz kəməri
Afrikanı Avropa ilə birləşdirəcək və onun uzunluğu 5660 kilometr
olacaq və bu, dünyanın ən uzun kəməri olacaq”, – nazir qeyd
edib.

Timpire Silvanın sözlərinə görə, Nigeriya prezidenti Məhəmməd
Buhari prezidentlik müddəti bitməmiş, 2023-cü ilin mayınadək
tikintiyə başlamaq niyyətindədir.

Teqlər: