Madrid derbisində “Real” “Atletiko”ya uduzub

“Atletiko” İspaniya çempionatının 35-ci turunda paytaxt
derbisində “Real”ı məğlub edib. Görüş Dieqo Simeonenin
yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Trend xəbər
verir ki, yeganə qolu 11-metrlik zərbəni qola çevirən belçikalı
yarımmüdafiəçi Yannik Karrasko vurub.

“Atletiko” 64 xal toplayıb və La Liqa turnir cədvəlində üçüncü
yerdə olan “Sevilya”dan bir xal geri qalaraq dördüncü yerdə
qəərarlaşıb. 81 xalla turnir cədvəlinə başçılıq edən “kral klubu”
ötən turda vaxtından əvvəl ölkə çempionu olub.

Növbəti turda Karlo Ançelottinin yetirmələri evdə “Levante” ilə,
“Atletiko” isə “Elçe” ilə qarşılaşacaq.

Teqlər: