BMT-nin baş katibi Ukraynada səfərdədir

BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir
Zelenski ilə görüşmək üçün Moskvadan Kiyevə gedib.

Trend xəbər verir ki, bu barədə UNİAN agentliyi xəbər yayıb.

“Münaqişə zonalarından mülki şəxslərin təxliyəsini təmin etmək
üçün humanitar yardımın genişləndirilməsi istiqamətində işimizi
davam etdiririk. Müharibə nə qədər tez bitərsə, Ukrayna, Rusiya və
dünya üçün bir o qədər yaxşıdır”, – deyə A.Quterreş bildirib.