Avstriya Azərbaycandan qaz tədarükünə ümid edir

Avstriyanın Rusiyadan qaz tədarükünü dayandırması illər çəkə
bilər.

Trend xəbər verir ki, bunu Avstriyanın kansleri Karl Nehammer “OE24.TV” telekanalına müsahibəsində deyib.

Kansler hesab edir ki, Avstriyanın Rusiya qazından imtinası üçün “beynəlxalq qaz bazarında [qazın] mövcudluğundan asılı olaraq” bir
neçə il lazım olacaq. Onun sözlərinə görə, Ukraynadakı hadisələr
başlayandan bəri Energetika Nazirliyinin mütəxəssisləri Avstriyanın
OMV neft-qaz şirkəti ilə birlikdə iki aydır ki, Avstriyanın Rusiya
qazından asılılığını azaltmaq üçün çalışırlar.

“Mən sabahdansa bu gün imtina etməyi üstün tuturam – amma bu
real deyil. İndi biz Almaniya, Macarıstan və digər ölkələrlə qaz
embarqosuna qarşı maraq qrupu yaratmışıq, lakin eyni zamanda
asılılığı azaltmalıyıq”, – deyə K.Nehammer bildirib.

Kansler qeyd edib ki, Rusiya qaz tədarükünü dayandırmaq qərarına
gəlsə, Avstriyadakı qaz ehtiyatı yalnız iki ay yarım üçün bəs edə
bilər. “Energetika naziri OMV şirkəti ilə birlikdə yeni tədarük
mənbələri axtarır, məsələn, Azərbaycandan. Ancaq yenə də ən yaxşı
ssenari – tədarükün dayanmamasıdır”, – deyə K.Nehammer əlavə
edib.

Teqlər: