Azərbaycanda dəmir yol nəqliyyatı ilə daşınan sərnişinlərin sayı məlum olub

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-mart
ayları 3,8 milyon ton yük, 944,2 min sərnişin daşınıb.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,2
faiz, sərnişin daşınmasında isə 98,3 faiz artım müşahidə
olunub.

Orta hesabla sutkada 279 vaqon yüklənmiş, 353 vaqon isə
boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə
12,2 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti
üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Teqlər: