BMT-nin baş katibi Polşa prezidenti ilə Ankara və Moskvadakı görüşlərini müzakirə edib

BMT-nin baş katibi Antonio Quterreş Polşa prezidenti Anjey Duda
ilə Ankara və Moskvada keçirdiyi görüşlərin yekunlarını müzakirə
edib.

AzerTimes-ın məlumatına görə, bu barədə baş katibin ofisinin yaydığı
açıqlamada deyilib.

“Ukraynaya səfər edərkən Polşanın Rzeşov şəhərinə çatdıqdan
sonra baş katib Polşa Respublikasının prezidenti Anjey Duda
tərəfindən qəbul edilib. Baş katib prezidentə Moskva və Ankarada
keçirdiyi görüşlər barədə məlumat verib”, – deyə bildirilib.

Qeyd olunub ki, A.Quttereş Ukraynadan 2 milyona yaxın qaçqını
qəbul etdiyi üçün Polşaya təşəkkür edib.