BMT-nin baş katibi dünya liderlərinin Ukrayna ilə bağlı təmasları davam etdirəcəklərinə ümid edir

BMT-nin baş katibi Antoniu Quterreş dünya liderlərinin Ukrayna
ilə bağlı təmaslarını davam etdirəcəklərinə ümid edir və mümkün
müharibənin fəlakətlə nəticələnəcəyinə inanır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu BMT-nin
baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

“Bu məsələnin həlli uzun müddət tələb etsə belə, Baş katib dünya
liderlərinin danışıqları davam etdirəcəyinə inanır. Münaqişə təkcə
Ukrayna əhalisi üçün deyil, bütövlükdə region üçün fəlakət olacaq.
Baş katibin Avropalı və digər tərəfdaşlarla bir sıra təmasları
olub”, – deyə S.Cüjarrik bildirib.