Ərdoğan NATO-nun baş katibi ilə əməkdaşlığı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi
Yens Stoltenberq arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, telefon danışığı zamanı tərəflər
Türkiyə və Şimali Atlantika alyansı arasında əməkdaşlığı müzakirə
ediblər.


R.T.Ərdoğan və Y.Stoltenberq həmçinin regional məsələlər üzrə
fikir mübadiləsi aparıblar.