Fiziki şəxslərdən əmlak vergisi necə hesablanır?

Xəbər - Fərid Zöhrabov – Trend:

Fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə əmlak vergisi
yaşayış sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Bu
hesablama həmin əraziyə nəzarət edən bələdiyyə tərəfindən həyata
keçirilir.

Yaşayış sahəsi – AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz
əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı
olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara,
qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir.
Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində
yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının
ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya
eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış
sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əgər həmin əmlak yaşayış sahəsidirsə bu sahənin 30 kvadratmetri
vergidən azad edilir.

Fiziki şəxslər üçün əmlak vergisinin dərəcələri aşağıdakı
cədvəldə göstərilmişdir:(bina Bakı şəhərində yerləşdikdə hesablama,
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0.7-1.5
aralığında əmsallar tətbiq olunmaqla aparılır)

Yaşayış məntəqələri

Vergi miqdarı(hər kvadratmetr üçün manatla)

Bakı

0.4


Gəncə, Sumqayıt və Abşeron rayonu

0.3

Digər şəhərlər(rayon tabeliyində olan şəhərlər istisna olmaqla),
rayon mərkəzləri

0.2

Rayon tabeliyində olan şəhərlərdə və kəndlərdə(Bakı və Sumqayıt
şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna
olmaqla)

0.1

Fiziki şəxslərin əmlak vergisi yerli büdcəyə ödənilir.

Teqlər: