Aİ ölkələri növbəti dəfə Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların altıncı
paketi ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər.

Trend xəbər
verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell
bildirib.

“Biz altıncı paketlə bağlı razılığa gələ bilmədik. Bu məsələ Aİ
ölkələrinin daimi nümayəndələrinə qaytarılacaq, onlar müzakirəni
davam etdirəcəklər”, – o, Brüsseldə mətbuat konfransında deyib.

J. Borrel bildirib ki, problem əvvəlki kimi neft embarqosu ilə
bağlı fikir ayrılığıdır.

Bundan əvvəl daimi nümayəndələr artıq Rusiyaya qarşı sanksiyalar
paketini razılaşdırmağa uğursuz cəhddən sonra, məsələ XİN
başçılarının baxılması üçün qaldırılmışdır.