Moskvanın hava limanlarında 50-yə yaxın aviareys ləğv edilib və ya təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra
aviareys ləğv edilib və ya təxirə salınıb.

AzerTimes-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, “Vnukovo” hava limanında 6 aviareys ləğv edilib, 9-u təxirə
salınıb, “Domodedovo” hava limanında 4 reys ləğv edilib, 1 reys isə
təxirə salınıb.

Bildirilir ki, “Şeremetyevo” hava limanında 22 aviareys ləğv
edilib, 6 aviareys təxirə salınıb.

Aviareyslərin ləğv edilməsi və təxirə salınmasının səbəbi
açıqlanmır.