2018-ci ildə Azərbaycan xalqı növbəti dəfə inamlı, güclü, sabit gələcəyə səs verdi – Şahin İsmayılov

11 aprel 2018-ci ildə Azərbaycan xalqı növbəti dəfə müdrlik
göstərərək inamlı, güclü, sabit, inkişaf edən gələcəyə səs verdi.
Ölkəmizdə Prezident İlham Əliyevin hakimiyətinin yeni dönəmi
başladı. Tarixin sonrakı gedişatı Azərbaycan xalqının seçiminin nə
dərəcədə doğru olduğunu göstərdi. Əslində burada ciddi bir
qanunauyğunluq da var idi. Ulu Öndər Heydər Əliyevin siyasi
məktəbinin ən parlaq nümunəsi olan Prezident İlham Əliyev son
seçkilərə qədər olan dövrdə seçkiqabağı verdiyi bütün vədləri
yerinə yetirmişdi. Nəticədə Azərbaycan regionda güclü dövlətə
çevrilmiş, iqtisadiyyatımız bütövlükdə Cənubi Qafqaz regionunun
böyük bir hissəsini təşkil etmişdir. İnsanların sosial rifah
şəraiti də kifayət qədər yaxşılaşmış, ölkədə azad iqtisadi mühit
yaradılmış, işsizlik tarixi minimumlara enmişdir. Hakimiyyəti
dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsini öz
siyasətinin mərkəzində saxlayan Prezident İlham Əliyev beynəlxalq
müstəvidə ciddi uğurlar əldə etmiş, paralel olaraq ordu
quruculuğuna, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına
xüsusi diqqqət göstərmişdir.

Hər seçkidə seçicilər ötən dövr ərzində görülmüş işlərə nəzər
salır və öz gələcəklərinə səs verirlər. Əhalinin böyük bir
hissəsinin Prezident İlham Əliyevi dəstəkləməsi, onun Azərbaycan
xalqının inamını, etibarını, sevgisini qazandığını bir daha əyani
şəlikdə göstərdi. Müdrik Azərbaycan xalqı yaxşı bilirdi ki,
Azərbaycanın uğurlu gələcəyi, ərazi bütövlüyümüzün bərpa olunması
məhz Prezident İlham Əliyevin rəhbərliyi altında mümkün ola bilər.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, seçki nəticəsində
seçicilərin böyük bir hissəsinin Prezident İlham Əliyevə səs
verməsini seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilər və
təşkilatlar da öz hesabatlarında əks etdirdilər. Burada Azərbaycan
xalqı bir daha heç bir siyasi perspektivi olmayan, tarixin tozlu
səhifələrində qalan qaragüruhçulara da öz yerini göstərdi. Onların
artıq Azərbaycan tarixində heç bir yeri yox idi.

Sonuncu Prezident seçkilərindən sonra Azərbaycan tarixinin yeni
mərhələsi başladı. Azərbaycan bütün istiqamətlərdə inkişafını davam
etdirir. Bu inkişaf özünü ciddi islahat dalğası ilə müşahidə edir.
Ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu
hədəflərə əmin addımlarla irəliləyir.

Şərti olaraq Prezident İlham Əliyevin 2018-ci ildə növbəti dəfə
seçildikdən sonrakı müddət üçün fəaliyyətindən bəhs edərkən yerli,
qlobal, Qarabağ məsələsi olmaqla 3 istiqamət üzrə bölə bilərik.

Yerli məsələlərə idarəçilik sisteminin təkmilləşdirilməsi və
daha çevik sistemin qurulmasına xidmət edən islahatlar prosesi,
sosial müdafiə məsələləri, koronavirusla mübarizə və insanların
rifahı üçün görülən çoxsaylı işləri aid edə bilərik. Bütün
sahələrdə olduğu kimi gənclər və idman sahəsində də ciddi uğurlar
əldə olunmuş, gənclərin inkişafı və idmançılarımızın beynəlxalq
tribunalarda bayrağımızı qaldırması üçün lazımi şərait
yaradılmışdır.

Qlobal məsələlərə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və
bunun Hərəkatın üzvləri tərəfindən yüksək qiymətləndirilməsini, BMT
Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və
hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi
təşəbbüsünün reallaşdırılmasını, Azərbaycan Prezidentinin təşəbbüsü
ilə COVID-19 peyvəndləri ilə bağlı qətnamənin BMT-yə üzv dövlətlər
tərəfindən qəbul edilməsini, Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycan dövlətinə koronavirusla mübarizə sahəsindəki
fəaliyyətinə görə təşəkkür elan etməsini, dünyanın müxtəlif
ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasını və çox sayda digər
işləri aid edə bilərik.

Müzəffər Ali Baş Komandanın Qarabağ məsələsi ilə bağlı
fəaliyyətini dövrünə görə üç yerə bölə bilərik: müharibəyə qədər,
müharibə və postmüharibə dövrü.

Müharibəyə qədər olan dövrü Ordunun gücləndirilməsi
istiqamətində görülən işlər, diplomatik münasibətlər və hərtərəfli
hazırlıq kimi amillərlə xarakterizə edə bilərik. Ölkə rəhbərimizin
2019-cu ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun
XVI illik iclasının plenar sessiyasında Ermənistanın Baş nazirinin
sərsəm iddiasına cavab olaraq söylədiyi tarixi ifadəsi – “Qarabağ
Azərbaycandır və nida işarəsi” sözləri işğal altında olan
ərazilərimizin azadlıq simvoluna çevrilmiş və reallığa çevrilən
qiymətli söz kimi tarixə düşmüşdür. Azərbaycan Prezidentinin
Ermənistanın Baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda
qalan Münhen Təhlükəsizlik Konfransının məlum panel müzakirəsi
dünya mediasında geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan sülh
təklifini qüvvədə saxlasa da işğal altında olan torpaqlarını
müharibə yolu ilə azad etmək üçün düşünülmüş və əhəmiyyətli işlər
görməkdə idi.

Müharibə dövrü üzrə Ali Baş Komandanın qətiyyətli mövqeyi,
təzyiqlərə qarşı müqavimət, o cümlədən, ölkəmizin əleyhinə haqsız
yerə qəbul ediləcək sənədlərin qarşısının alınması, görünən və
görünməyən bir çox məsələləri qeyd etmək olar.

Postmüharibə dövrünə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsi, Moskvada “Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə, Qarabağda infrastruktur
və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirilməsi, böyük
qayıdış prosesinin başlanması kimi hadisələri aid edə bilərik.
Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün 4
saatdan çox davam edən mətbuat konfransı dünyanın diqqətini cəlb
etmişdi. Moskva və Soçidə Rusiya Prezidenti Vladimir Putin,
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında 11 yanvar və 26 noyabr tarixli üçtərəfli görüşlər
keçirilərkən Azərbaycanın maraqları təmin olunmuşdur. Cari ilin
aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan
arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsində
Azərbaycanın maraqlarına uyğun olaraq sülh müqaviləsinin
hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun
yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın
təsis edilməsi barədə qərarlar qəbul edilmişdir.

Azərbaycan xalqı Prezidentinə güvənir və onun yanındadır.
Prezident xalqın inamından güc alır. O, dövlət başçısına xas olan
bütün müsbət əlamətləri özündə birləşdirib. Xalqını sevir, xalqın
etimadını, dəstəyini qazanır və ən əsası mahir siyasətçidir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş
komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra daha
böyük uğurlar qazanacaq.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr
müavini,

YAP İdarə Heyətinin üzvü

Teqlər: