Binəqədidə narkotik alverçiləri saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir
zamanı paytaxt sakini Raul Şərifov tutulub.

Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin
aşkar olunub. Polis İdarəsində aparılan əlavə araşdırmalar zamanı
Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini
Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin
şəxsin üzərindən və yaşadığı evdən 3 kiloqrama yaxın heroin və 500
qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Rəşad Ələkbərov
ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə
məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,
istintaq tədbirləri davam etdirilir.

Teqlər: