Sabahdan daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin
olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı
Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, bu çərçivədə
02.06.2022-ci il tarixindən “Kral-Transport” şirkətinin müvəqqəti
istismarında olan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s –
Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı
“BakıKart” vasitəsilə ödəniləcək.

132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən
edilib.

Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83
müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart”
vasitəsilə nağdsız formada həyata keçirilir.

Teqlər: