Binadan özünü atan qızı xilas etməyə çalışan gömrükçü: Peşman deyiləm

Bir neçə gün əvvəl intihar edən məktəbli qızı xilas etməyə
çalışarkən ağır xəsarətlər alan Zahid Niyazov xəstəxanadan evə
buraxılıb.

Trend xəbər
verir ki, 37 yaşlı gömrük əməkdaşı bununla bağlı “Facebook”
səhifəsində paylaşım edib.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam
etdirir:

“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə
əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirirəm.
Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya
görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas
edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın
valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət
diləyirəm”.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov
küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva
özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış
1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən
ağır xəsarətlər alıb.

Teqlər: