Ötən gün yol qəzalarında 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin
olunub.

DİN-dən AzerTimes-a verilən məlumata görə, axtarışda olduğuna görə
ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan
64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Teqlər: