Bəzi məsələlər üzrə Rusiya və Ukraynanın mövqeləri bir-birinə yaxınlaşıb – Çavuşoğlu

Danışıqlar zamanı Rusiya və Ukraynanın bəzi məsələlərdə
mövqeləri bir-birinə yaxınlaşıb.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda çıxışı zamanı
deyib.

“Onlar arasında ciddi danışıqlar davam edir. Türkiyə neytral
ölkə olaraq hər iki tərəfə etimad edir. Status məsələləri var,
istər Ukraynanın NATO-ya üzv olması, istər neytrallıq siyasəti və
s. Bəzi məsələlərdə onların mövqelərinin yaxımlaşdığını görürük”, –
deyə M.Çavuşoğlu bildirib.