İranın səfirini İraq XİN-ə çağırılıb

İranın Bağdaddakı səfiri İrac Məscidi İraq Xarici İşlər
Nazirliyinə çağırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə İraq XİN-in mətbuat katibi
Əhməd əs-Sahaf bildirib.

Onun sözlərinə görə, İranın səfirinə Ərbil şəhərinin raket
hücumuna məruz qalması ilə bağlı nota təqdim edilib.

“Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağıraraq
Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin ona
etirazını bildirib”, – deyə Ə. əs-Sahaf deyib.

Xatırladaq ki,ötən gecə (12 mart) İraqın Ərbil vilayətində
İsrailə məxsus strateji mərkəz İslam İnqilabının Keşikçilər Korpusu
(SEPAH) tərəfindən güclü raketlərlə vurulub.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun yaydığı bəyanatda
öz əksini tapıb.

Bəyanata əsasən, bu hücum, İsrailin İran qüvvələrinə son
hücumuna cavab olaraq həyata keçirilib.