Bakıda keçirilən DÇ-də üç medal qazandığımız üçün xoşbəxtik – Belçikalı qızıl medalçılar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən Dünya Çempionatında üç medal qazandığımız üçün
xoşbəxtik.

Bunu AzerTimes-a akrobatika gimnastikası üzrə 28-ci Dünya
Çempionatının qızıl medalçıları, qarışıq cütlük tərkibində çıxış
edən Belçika idmançıları Bram Röttger və Helena Heyens
deyiblər.

“Etiraf edirik ki, bu, asan deyildi, lakin peşəkarlıq və bacarıq
nümayiş etdirə bildiyimiz üçün şadıq. Hər üç hərəkətlərdə qızıl
medal qazanmaq bizim üçün çox şey deməkdir, belə gözəl nəticə əldə
etmək üçün çox çalışmışıq. Buna görə məşqçilərimizə, həmçinin
ailəmizə, dostlarımıza və komanda yoldaşlarımıza dəstəyə görə
təşəkkür edirik”, – deyə gimnastlar bildirib.

İdmançılar 6-7 ildir ki, akrobatika ilə məşğul olduqlarını
bildiriblər.

“Akrobatika həyatımızda böyük rol oynayır. Vaxtımızın çox
hissəsi məşq zalında keçir”, – deyə gimnastlar bildirib.

B.Röttger və H.Heyens yarışmada rəqiblərin güclü olduğunu,
hamısının yüksək hazırlıq nümayiş etdirdiyini vurğulayıblar.

Teqlər: