Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş olub (FOTO)

COVID-19 pandemiyası dövründə Azərbaycanda icra olunan geniş
miqyaslı sosial dəstək paketi üzrə ölkə əhalisinin 48 faizinə və ya
4,8 milyon nəfərə dəstək göstərildi. Ümumilikdə son dörd ildə
ölkədə reallaşdırılan üç sosial islahat paketi üçün əlavə olaraq
illik 6 milyard manat vəsait ayrılıb.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə
görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Əliyev bildirib. O, ölkəmizdə ardıcıl xarakter alan sosial
islahatların 2022-ci ildə də davam etdiyini, bu ilin əvvəlindən
əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə növbəti artımlar
edildiyini vurğulayıb.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar,
aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq
proqramının genişləndirilməsi və işsiz şəxslərin kiçik biznesə
sahib olmalarına dəstək göstərilməsi işləri diqqətə çatdırılıb.
Azərbaycanın əmək bazarında mövcud vəziyyət barədə məlumat verilib.
2018-ci ilə nisbətən ölkəmizdə minimum əmək haqqının 2,3 dəfə, orta
aylıq əmək haqqının 35 faiz, median əmək haqqının 74 faiz artdığı
bildirilib.

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən
kompleks tədbirlər qeyd edilib. Son 4 ildə əmək müqavilələrinin
sayında 30 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verdiyi
vurğulanıb.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Çad Şteyinberq və
missiyanın digər üzvlərinin fikirəri dinlənilib.

Görüşdə əmək bazarı, məşğulluq sahələrində həyata keçirlən
islahatlara, koronavirus pandemiyasının təsirlərinin azaldılması
ilə bağlı görülmüş tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Teqlər: