Rusiya Çernobıl AES-i ələ keçirməyə çalışır – Zelenski

Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ
keçirməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında
yazıb.


“Rusiya işğalçı qüvvələri Çernobıl AES-i ələ keçirməyə çalışır.
Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması
üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat
vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır”, – deyə
Zelenski bildirib.