Rusiya ilə Azərbaycan arasında quru sərhəd açılıb? – AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Sosial şəbəkələrdə Azərbaycanla Rusiya arasında quru sərhədlərin
açılması ilə bağlı görüntülər yayılıb. Videogörüntülərdə “Samur”
sərhəd keçid məntəqəsindən vətəndaşların rahat şəkildə keçərək
Azərbaycana və qarşı tərəfə hərəkət etdiyi görünür.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri
İbrahim Məmmədov AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, quru
sərhədlərin açılması ilə bağlı məlumat yoxdur.

“Bu barədə heç nə bilmərəm. Məndə bu barədə məlumat yoxdur”, –
deyə İ.Məmmədov bildirib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru
sərhədlər 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.

Teqlər: